H.Ə.Məmmədovun Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 sentyabr 2023-cü il