Gəncədə gənc voleybolçularla görüş keçirilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Ulduz voleybolçuların bölgələrdə gənc idmançılarla görüşü davam edir.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bu gün səfər çərçivəsində veteran voleybolçularımız Alla Həsənova, Oksana Məmmədyarova, Yelena Parxomenko, həmçinin qadınlardan ibarət millimizin üzvü Polina Rəhimova, yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatma və qurumun digər əməkdaşları Gəncə şəhərində olublar.
Voleybolçularımızın Gəncə Gənclər Evində gənclərlə görüşü təşkil olunub. Səmimi keçən söhbətin ardınca qonaqlar idmançılarla xatirə şəkilləri çəkdiriblər. Daha sonra gənc idmançılara imzalanmış formalar və voleybol topları hədiyyə olunub.
Qeyd edək ki, voleybolçularımız sentyabrın 10-da Tovuz rayonunda gənc idmançılarla görüşəcəklər.
“Qəbələ”nin baş məşqçisi: “Qarabağ” layiqli qələbə qazandı
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni məğlub edib
Azərbaycanlı futbolçu Ukrayna millisində oynamaq istəyir
Bakıda FIA həftəsi başladı VİDEO
UEFA prezidenti: Dünya çempionatının qışda keçirilməsi futbola fayda vermədi