“Qəbələ” klubu Bakıdakı hazırlığını başa vurub
Bakı, 9 sentyabr, AZƏRTAC
Premyer Liqanın V turunun “Zirə” ilə oyunundan (1:0) sonra qısa istirahətə buraxılan “Qəbələ” hazırlıq prosesinin Bakı mərhələsini başa vurub.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədəki hazırlığını Qəbələdə davam etdirəcək.
Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv Qəbələ şəhər stadionunda “Araz-Naxçıvan”la yoxlama oyunu keçirəcək. Görüş saat 17:00-da başlayacaq.
Qarşılaşmadan sonra məşqlərini öz arenasında gerçəkləşdirəcək “Qəbələ” VI turun “Turan Tovuz”la səfər matçına Qəbələdən yollanacaq.
Qeyd edək ki, sentyabrın 17-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyunu saat 16:30-da başlayacaq.
FIA-nın tədbirləri çərçivəsində Bakıda idman avtomobillərinin sərgisi olub VİDEO
Türkiyə mətbuatı: AFFA Şenol Günəşlə danışıqlara başlayıb
Azərbaycanda oynamış tanınmış futbolçu ölkəsində hücuma məruz qalıb
Azərbaycan çempionatının autsayderi məşqçisi ilə yollarını ayırıb
Basketbol yığmasının yeni baş məşqçisi: İki yerdə işləmək mənə problem yaratmayacaq