Neymar əfsanəvi futbolçu Pelenin rekordunu yeniləyib
Bakı, 9 sentyabr, AZƏRTAC
Braziliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının hücumçusu Neymar yığmadakı qol sayına görə əfsanəvi futbolçu Pelenin rekordunu yeniləyib.
AZƏRTAC xəbər verir ki, 31 yaşlı forvard buna DÇ-2026-nın seçmə mərhələsinin Boliviya ilə oyununda (5:1) dubl etməklə nail olub.
Braziliya seçməsinin heyətində meydana çıxdığı 125-ci matçda qollarının sayını 79-a çatdıran Neymar bu göstərici ilə Peleni (77 qol) geridə qoyub.
O, əfsanəvi futbolçunun rekordunu yeniləməsi ilə bağlı bunları deyib: “Bunu edə biləcəyimi ağlıma da gətirmirdim. Pele və ya digər milli üzvlərindən daha yaxşı olduğumu hesab etmirəm”.
Qeyd edək ki, Pele 2022-ci il dekabrın 29-da vəfat edib.
“Qəbələ”nin baş məşqçisi: “Qarabağ” layiqli qələbə qazandı
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni məğlub edib
Azərbaycanlı futbolçu Ukrayna millisində oynamaq istəyir
Bakıda FIA həftəsi başladı VİDEO
UEFA prezidenti: Dünya çempionatının qışda keçirilməsi futbola fayda vermədi