Qazaxıstan–Azərbaycan oyununun başlama saatı və məkanı açıqlanıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində oktyabrın 11-də keçiriləcək Qazaxıstan–Azərbaycan oyununun başlama saatı və məkanı açıqlanıb.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, görüş Astana şəhərindəki “Jekpe-Jek Arena”da olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, bu arena 2019-cu ildə istifadəyə verilib. İdman qurğusunda bir neçə növ üzrə beynəlxalq yarışlar və festivallar keçirilib.
"Molde"nin baş məşqçisi: "Qarabağ"ı hələ təbrik etməyəcəyəm, çünki bizim də şansımız var
Qurban Qurbanov: Heç-heçə bizim üçün yaxşı nəticədir
"Köhlən atlar" Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib - YENİLƏNİB-7