×
A
A
A
Sazlamalar

Bu il futbol klublarının transfer xərcləri rekord həddə çatıb

Bakı, 9 sentyabr, AZƏRTAC
Bu il dünyada futbol klublarının transfer xərcləri rekord həddə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə FIFA Transfer Uyğunlaşdırma Sisteminin (TMS) hesabatında bildirilib.
TMS-in araşdırmasına əsasən, bu yay klublar yeni futbolçularına alınması və icarəyə götürülməsi üçün ümumilikdə 7,36 milyard ABŞ dolları təzminat ödəyiblər.
Ümumi transfer xərclərinin 6,01 milyard ABŞ dolları Avropa təmsilçilərinin payına düşür. İkinci sırada Asiya klubları (1,03 milyard ABŞ dolları) qərarlaşıblar.
Transfer xərcləri 2017-ci ilin yayında 5 milyard, 2018-ci ildə 5,26 milyard, 2019-cu ildə isə 5,8 milyard ABŞ dolları olub. Koronavirus pandemiyasından sonra 3,85 milyard ABŞ dollarına qədər azalan rəqəm 2022-ci ildə yenidən artaraq 5 milyard ABŞ dollarına yaxınlaşıb.
Bu il qadın futbolundakı transferlərin sayında da artım müşahidə edilib. Bu say 2019-cu ilin yayında 386 olubsa, 2023-cü ilin yayında 829-a çatıb. Qadın futbolunda transfer xərcləri isə 2022-ci ilin yayına nisbətən 140,8 faiz artaraq, bu il təxminən 3 milyon ABŞ dolları təşkil edib.

İdman 2023-09-09 12:00:00