AVRO-2024: Bu gün seçmə mərhələdə V turun son oyunları keçiriləcək
Bakı, 9 sentyabr, AZƏRTAC
Bu gün AVRO-2024-ün seçmə mərhələsində V tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə yeddi qarşılaşma keçiriləcək.
C qrupunda İngiltərə yığması Ukraynanın, İtaliya seçməsi Şimali Makedoniyanın qonağı olacaq.
F qrupunda Azərbaycan millisi “Dalğa Arena”da Belçikanı sınağa çəkəcək. Estoniya isə evdə İsveç yığmasını qəbul edəcək.
Nəhayət İ qrupunda Andorra Belarusla, Rumıniya İsraillə, Kosovo isə İsveçrə ilə qarşılaşacaq.
AVRO-2024, seçmə mərhələ
V tur
9 sentyabr
C qrupu
20:00. Ukrayna - İngiltərə
22:45. Şimali Makedoniya - İtaliya
Xal durumu: İngiltərə - 12 xal (4 oyun), Ukrayna - 6 (3), İtaliya - 3 (2), Şimali Makedoniya - 3 (3), Malta - 0 (4).
F qrupu
17:00. Azərbaycan - Belçika
20:00. Estoniya - İsveç
Xal durumu: Avstriya - 10 (4), Belçika - 7 (3), İsveç - 3 (3), Estoniya - 1 (3), Azərbaycan - 1 (3).
İ qrupu
20:00. Andorra - Belarus
22:45. Rumıniya - İsrail
22:45. Kosovo - İsveçrə
Xal durumu: İsveçrə - 10 (4), Rumıniya - 8 (4), İsrail - 7 (4), Belarus - 3 (4), Kosovo - 3 (4), Andorra - 1 (4).
“Sabah” FIBA Avropa Kubokunda ilk oyununu keçirib
Dünya çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib
Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırıb
“Neftçi” kolumbiyalı futbolçu ilə yollarını ayırıb
Azərbaycan Voleybol Federasiyasının nümayəndələri beynəlxalq komissiyalara üzv seçiliblər