Fərid Qayıbov Beynəlxalq Etnosport Forumunda iştirak edib
Bakı, 8 sentyabr, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 7-8-də Beynəlxalq Etnosport Festivalında iştirak etmək üçün Özbəkistanın Xivə şəhərinə səfər edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir festivalın açılışında, eləcə də Beynəlxalq Etnosport Forumunda iştirak edib, mas-reslinq yarışlarında Azərbaycan idmançılarının çıxışlarını izləyib.
Fərid Qayıbov, eyni zamanda, festival çərçivəsində bir neçə ikitərəfli görüşlər keçirib. Beynəlxalq Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğanla görüşdə Azərbaycanda etnoidman növlərinin inkişafı, ölkəmizdə bu növlərdə təşkil olunan tədbirlər barədə müzakirələr aparıb. Nazir, həmçinin özbəkistanlı və rusiyalı həmkarları ilə ikitərəfli görüşlər keçirib.
FIA-nın tədbirləri çərçivəsində Bakıda idman avtomobillərinin sərgisi olub VİDEO
Türkiyə mətbuatı: AFFA Şenol Günəşlə danışıqlara başlayıb
Azərbaycanda oynamış tanınmış futbolçu ölkəsində hücuma məruz qalıb
Azərbaycan çempionatının autsayderi məşqçisi ilə yollarını ayırıb
Basketbol yığmasının yeni baş məşqçisi: İki yerdə işləmək mənə problem yaratmayacaq