Voleybolçularımız Şəkidə uşaq və yeniyetmə idmançılarla görüşüblər
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan Voleybol Federasiyası bölgələrdə voleybolun inkişafı və populyarlığının artırılması istiqamətində tədbirləri davam etdirir.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində tanınmış voleybolçuların bölgələrə səfərləri təşkil olunub.
Bu gün start götürən səfər çərçivəsində veteran voleybolçularımız Alla Həsənova, Oksana Məmmədyarova, Yelena Parxomenko, həmçinin qadınlardan ibarət millimizin üzvü Polina Rəhimova, yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatma və federasiyanın digər əməkdaşları Şəki şəhərində olublar.
Voleybolçularımızın Şəki Olimpiya və İdman Kompleksində uşaq, yeniyetmə idmançılarla və onların məşqçiləri ilə görüşü təşkil edilib. Onlar yeniyetmə voleybolçulara bu idman növünün tarixi haqqında, eləcə də texniki-taktiki məlumatlar veriblər, ardınca uşaqların məşqinə baxış keçirilib. Sonda böyük diqqət və maraqla qarşılanan voleybolçularımız uşaqlarla xatirə şəkilləri çəkdiriblər, imzalanmış formalar və toplar hədiyyə olunub.
Qeyd edək ki, voleybolçularımızın növbəti belə görüşü 9-10 sentyabrda Tovuz və Gəncə şəhərlərində təşkil olunacaq.
FIA-nın tədbirləri çərçivəsində Bakıda idman avtomobillərinin sərgisi olub VİDEO
Türkiyə mətbuatı: AFFA Şenol Günəşlə danışıqlara başlayıb
Azərbaycanda oynamış tanınmış futbolçu ölkəsində hücuma məruz qalıb
Azərbaycan çempionatının autsayderi məşqçisi ilə yollarını ayırıb
Basketbol yığmasının yeni baş məşqçisi: İki yerdə işləmək mənə problem yaratmayacaq