DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bakı, 25 avqust, AZƏRTAC
Abşeron rayonunda evdən oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməlləri üzə çıxıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 23-də rayon polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki dörd evdən oğurluq etdiyinə görə tutulmuş Elmik Nəsirlinin müxtəlif vaxtlarda paytaxt sakini Səfər Bayramov ilə birgə daha yeddi evdən ümumilikdə 5800 manat dəyərində elektrik naqili, təmir alətləri, elektrik aksesuarları və avadanlıqları oğurlaması da müəyyən olunub.
Polis əməkdaşlarının davam etdirdikləri tədbirlərlə Səfər Bayramov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO