×
A
A
A
Sazlamalar

“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub

Bakı, 25 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Könüllü DOST” proqramına bu il daha 18 min müraciət olub və proqrama daha 1000-ə yaxın şəxs cəlb edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, proqram "Gənc DOST", "Gümüşü DOST", “Korporativ DOST”, “İnklüziv DOST” və "Distant DOST" altproqramlarını əhatə edir.
DOST könüllüləri DOST mərkəzlərində vətəndaş məmnunluğuna uyğun xidmətlərin göstərilməsi, vətəndaşların qarşılanması, məlumatlandırılması, xidmət pəncərələrinə yönləndirilməsi və s. işlərdə dəstək verirlər.
DOST Agentliyi və ilk DOST mərkəzi 2019-cu ilin may ayında açılıb. Həmin vaxtdan “Könüllü DOST” proqramına 96 min 149 müraciət olub. Proqramda iştirak edənlərin sayı isə 3 min 802 nəfərdir.

 

 

Sosial 2023-08-25 12:22:00