Antarktidada buzların əriməsi nəticəsində minlərlə pinqvin tələf olub
Bakı, 25 avqust, AZƏRTAC
Antarktidada imperator pinqvin cücələrinin fəlakətli şəkildə məhv olması müşahidə edilib. Ekoloqların məlumatına görə, 10 minə qədər bala quş tələf olub. Cücələrin altındakı dəniz buzları əriyib və onların okeanda üzmək üçün lazım olan suya davamlı lələklərinin inkişaf etməməsi səbəbindən bala pinqvinlər kütləvi şəkildə boğulub və donaraq ölüblər.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, bu hadisə qitənin qərbində, Bellinshauzen dənizinə doğru uzanan ərazidə baş verib və kosmik peyklər tərəfindən qeydə alınıb.
Britaniya Antarktika Tədqiqatı İnstitutunun əməkdaşı Piter Fretvell bildirib ki, imperator pinqvinlərinin tələf olması gələcək ekoloji fəlakətlərin xəbərçisidir. Pinqvin koloniyalarının 90 faizdən çoxunun əsrin sonuna qədər tamamilə yox olacağı proqnozlaşdırılır, çünki daim istiləşən dünyada qitənin mövsümi dəniz buzları əriyir.
Alimlər Bellinshauzen dənizi sektorunda - Rotşild adasında, Verdi İnletdə, Smayli adasında, Brayan yarımadasında və Pfroqner nöqtəsində beş koloniyanı müşahidə ediblər. Onlar “Sentinel-2” peyklərindən istifadə edərək pinqvinlərin fəaliyyətini izləyiblər və belə nəticəyə gəliblər ki, bu koloniyaların məhv olması təhlükəsi getdikcə artır və buzlaqların əriməsi kosmosdan aydın görünür.
Cənub yarımkürəsində qış yaxınlaşdıqca, yetkin quşlar mart ayında dəniz buzunun üstünə tullanır. Onlar yuva qurur, cütləşir və yumurta qoyurlar, sonra balalarının dünyaya öz yolunu açması vaxtı gələnə qədər növbəti aylarda yuvalarında bəsləyirlər. İmperator pinqvinlərin çoxalma dövrü dəniz buzundan asılıdır, bu, balalarını böyütmək üçün istifadə etdikləri sabit platformadır. Amma bu buz lazım olduğu qədər geniş deyilsə və ya daha tez parçalanırsa, quşlar tələf olur.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb