×
A
A
A
Sazlamalar

Hövsanda cinayət hadisəsi baş verib: 46 yaşlı qadın qətlə yetirilib

Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 24-də 23:15 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində 1977-ci il təvəllüdlü Cəfərova Könül Hüseyinqulu qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən,1986-cı il təvəllüdlü Hüseynov Səbuhi Kazım oğlu könüllü polisə gələrək təslim olub. O, saxlanılıb.
Araşdırma aparılır.

Hadisə 2023-08-24 23:45:00