Aksizli malların dövriyyəsinə nəzarət tədbirləri davam etdirilir
Bakı, 24 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 124B ünvanında yerləşən köşk və su satışı ilə məşğul olan Mahmudov Elçin Qüdrət oğluna məxsus obyektdə aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatlarının qanunsuz satışı və dövriyyəsi faktı aşkarlanıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, araşdırma zamanı həmin obyektdə sahibkar E.Mahmudov tərəfindən qanunsuz yolla əldə olunmuş, aksiz markası olmadan tütün məmulatlarının satışının həyata keçirildiyi müəyyən edilib. Aparılan operativ vergi nəzarəti tədbiri zamanı obyektdə 2.816 sayda belə tütün məmulatı aşkarlanıb. Aşkarlanmış mallar əməkdaşlar tərəfindən protokollaşdırılıb, materiallar isə araşdırılması üçün aidiyyəti üzrə istintaq orqanına göndərilib.
Dövlət Vergi Xidməti vergiödəyicilərinə müraciət edərək bildirir ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları tərəfindən belə halların qarşısının alınması istiqamətində tədbirlər davam etdiriləcək. Aksiz markalarının tətbiqi aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədi daşıyır. Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərinin fəaliyyətinə, o cümlədən aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinə nəzarət tədbirlərini davam etdirir.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb