×
A
A
A
Sazlamalar

DİN: Həyat yoldaşını qətlə yetirən şəxs könüllü polisə gələrək təslim olub

Bakı, 24 avqust, AZƏRTAC

Avqustun 24-də saat 13:30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü Səkinəxanım İsaqova Vaqif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1995-ci il təvəllüdlü Musayev Elnur Nurəli oğlu könüllü polisə gələrək təslim olub və saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2023-08-24 14:32:00