Bu il 90 uşaq övladlığa verilib
Dövlət uşaq müəssisələrindən 103 uşaq isə reinteqrasiya tədbirləri nəticəsində öz ailəsinə qaytarılıb
Bakı, 24 avqust, AZƏRTAC
2023-cü ilin ötən dövründə 90 uşaq övladlığa verilib. Onlardan 45 nəfəri oğlan, 45 nəfəri isə qızdır.
Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 2019-cu il noyabrın 1-dən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Nazirlik tərəfindən bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.
Eyni zamanda, reinteqrasiya tədbirləri də davam edir və həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 103 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 54-ü oğlan, 49-u qızdır.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb