×
A
A
A
Sazlamalar

“Məşğulluğa dəstək layihəsi” çərçivəsində daha 50-dək şəxsə aktivlər verilib

Bakı, 23 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məşğulluğa dəstək layihəsi” iştirakçılarının seçdikləri istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təminatı davam edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində daha 50-dək işsiz şəxs aktivlərlə təmin edilib. Onlar verilmiş aktivlərlə öz kiçik biznes sahələrini yaradıblar.
Layihənin əsas məqsədi özünüməşğulluq proqramının genişləndirilməsi və işsiz kimi qeydiyyata alınmış əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və digər həssas qruplara aid şəxslərin özünüməşğulluq fəaliyyəti əsasında kiçik biznesə çıxışına şərait yaradılmasıdır.
Ümumilikdə layihə çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub.
Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlim sonunda keçirilən qiymətləndirmə prosesində isə biznes planlarını müdafiə edən şəxslərə istehsal və xidmət sahələri üzrə avadanlıqlar verilir.

Sosial 2023-08-23 18:30:00