Manila-İstanbul reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib
Bakı, 23 avqust, AZƏRTAC
Manila-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması - 45 yaşlı qadın) olub. “Airbus A350” təyyarəsi yerli vaxtla saat 03:30-da Bakı hava limanına eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.
Təyyarə yerli vaxtla saat 05:07-də Bakıdan İstanbula yola düşüb.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb