FHN Xocəsən qəsəbəsində baş vermiş yanğın barədə yeni məlumat yayıb
Bakı, 22 avqust, AZƏRTAС
Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının geniş ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ilkin məlumata əsasən, təxminən 1000 kvadratmetr sahədə yerləşən taxta, karton və plastik yeşiklərin satış məntəqəsinin 300 kvadratmetri yanıb.
Satış məntəqəsinin qalan hissəsi, yaxınlıqdakı fərdi yaşayış evləri və təkər satışı məntəqəsi alovdan mühafizə olunub.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO