Mülki-hüquqi müqavilə ilə çalışanların vergi və sosial öhdəlikləri necə hesablanır?
Bakı, 22 avqust, AZƏRTAC
Təşkilat mülki-hüquqi müqavilə əsasında əməkdaşlığa cəlb etdiyi fiziki şəxsə ezamiyyə haqqı ödəyə bilərmi və həmin məbləğ vergiyə cəlb edilirmi?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, ezamiyyə xərcləri əmək müqaviləsi ilə çalışan işçilər üçün nəzərdə tutulduğu üçün mülki-hüquqi müqavilə ilə çalışan şəxslər üçün hansısa xərclərin ödənilməsi ezamiyyə xərcləri hesab olunmur və bu, onların gəliridir.
Eyni zamanda, hüquqi şəxs tərəfindən xidmətlərin göstərilməsi üçün vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslər işlərin görülməsinə cəlb edildiyi halda (əmək müqaviləsinin bağlandığı hallar istisna olmaqla) onlara aparılan ödənişlərdən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilməlidir.
Qeyd olunub ki, 2500 manatdan çox olan məbləğin 25 faizi həcmində gəlir vergisi, ödənişlərin tam məbləğindən 25 faiz dərəcəsi ilə məcburi dövlət sosial sığorta və gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi həcmində icbari tibbi sığorta üzrə sığorta haqları tutulmalıdır.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb