Dövlət Məşğulluq Agentliyi daha 850-dək şəxsi peşə hazırlığına cəlb edib
Bakı, 22 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 850-dək şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 600 nəfəri üçün agentliyin Bakı, Gəncə və Göyçay, qalanları üçün özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.
Kurslarda dərzi, İT üzrə texniki dəstək mütəxəssisi, nəzarətçi-xəzinədar, insan resursları mütəxəssisi, mühasib, xalçaçı, elektrik aparat və cihazlarının sazlayıcısı və s. peşələr öyrədilir.
Kurs müddətində müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur və kursları uğurla bitirən şəxslərin məşğulluğunun təminatına dəstək göstəriləcək.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb