Qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı, 21 avqust, AZƏRTAC
Bu il aprelin 19-da Şəmkir rayon sakini 1996-cı il təvəllüdlü Günay Musayevaya xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, istintaqla 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadənin Şəmkir şəhəri, Həzi Aslanov küçəsindəki ofislərin birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Günay Musayevaya bıçaqla xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Zirəddin Zirəddinzadəyə Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO