×
A
A
A
Sazlamalar

Coratda anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb -YENİLƏNİB

Bakı, 21 avqust, AZƏRTAC

Avqustun 21-də saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-ci il təvəllüdlü Zülfüqarova Günay Əhməd qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 2012-ci il təvəllüdlü oğlunun xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülüb.
Anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə 2023-08-21 09:19:00