×
A
A
A
Sazlamalar

Sumqayıtda məktəb binasında yanğın olub

Bakı, 19 avqust, AZƏRTAC

Sumqayıt şəhərində təmirdə olan orta məktəb binasında yanğın baş verib.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, binanın sahəsi 3600 kvadratmetr olan üçmərtəbəli korpusunun birinci mərtəbəsinin dəhlizində həcmi 25 litr olan boya ilə dolu qab və 2 kvadratmetr sahədə taxta tullantıları yanıb.
Nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Məktəb binası yanğından mühafizə olunub.

Hadisə 2023-08-19 23:54:00