AZAL Cenevrəyə uçuşları bərpa edir
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə aviareysləri bərpa edir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, sentyabrın 30-dan etibarən bu istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Avropanın mərkəzində yerləşən Cenevrə ən məşhur turistik yerlərdən biridir. AZAL-ın bu unikal şəhərə uçuşlarının bərpası sərnişinlərə gözəl görməli yerlərdən həzz almağa, mühüm işgüzar görüşlərdə iştirak etməyə və unudulmaz tətil keçirməyə imkan verəcək.
Aviabiletləri şirkətin www.azal.az saytında bron etmək və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb