×
A
A
A
Sazlamalar

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

Bakı, 18 avqust, AZƏRTAC
İstirahət günlərində - avqustun 19-20-də milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Samur-Yalama Milli Parkında hava əsasən yağmursuz keçəcək. Lakin avqustun 19-da gündüz arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-21°, gündüz 30-33° isti olacaq.
Altıağac Milli Parkında hava əsasən yağmursuz keçəcək. Lakin avqustun 19-u gündüzdən 20-si səhərədək arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-18°, gündüz 27-29° isti olacağı proqnozlaşdırılır.
Ağgöl Milli Parkında hava əsasən yağmursuz keçəcək. Lakin avqustun 20-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-23°, gündüz 34-36° isti olacağı bildirilir.
Qızılağac Milli Parkında hava əsasən yağmursuz keçəcək. Lakin avqustun 19-da səhər saatlarından 20-si gündüzədək arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-23°, gündüz 34-36° isti olacağı ehtimal edilir.
Göygöl Milli Parkında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-17°, gündüz 24-26° isti olacağı ehtimalı var.
Şirvan Milli Parkında hava əsasən yağmursuz keçəcək. Lakin avqustun 19-da səhər saatlarından 20-si gündüzədək arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-23°, gündüz 34-36° isti olacağı gözlənilir.
Hirkan Milli Parkında hava əsasən yağmursuz keçəcək. Lakin avqustun 20-də gündüz arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-23°, gündüz 34-36° isti olacaq.
Milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir. Milli parklarda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür.

Ekologiya 2023-08-18 15:34:00