Ucar sakininin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 18 avqust, AZƏRTAC
Avqustun 18-i saat 10:30 radələrində Ucar rayonunun Qaradağlı kənd sakini 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırma zamanı 2000-ci il təvəllüdlü Faiq Qurbanov aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə anası Şəlalə Qurbanovanı naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
F.Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.
Fakta görə Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO