Yanvar-iyul aylarında sosial müavinətlər üzrə 578 milyon manat ödənilib
Bakı, 18 avqust, AZƏRTAC
Bu ilin yeddi ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 462 min nəfərə sosial müavinət, 374 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 578 milyon manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 374 milyon manat ödənilib.
Yanvar-iyul aylarında 79 min, sosial ödənişlərin elektron təyinatına başlanıldığı 2019-cu ildən 508 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb