×
A
A
A
Sazlamalar

Təbii qaz ixracı artıb

Bakı, 18 avqust, AZƏRTAC

Yanvar-iyul aylarında ölkədən 13 milyard 413,7 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 8 milyard 934,1 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 12 milyard 704,1 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 8 milyard 219,9 milyon dollar olub.

 

Neft - qaz 2023-08-18 05:50:00