Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxıb, qısamüddətli yağış yağıb – Faktiki hava
Bakı, 17 avqust, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin avqustun 17-si saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin avqustun 16-da günün ikinci yarısında Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şahdağ və Xaltanda 2 millimetrədək olub.
Gözlənildiyi kimi, avqust ayının birinci yarısına nisbətən havanın temperaturu bir neçə dərəcə enərək Abşeron yarımadasında 33-37° olub. Ən yüksək temperatur isə Şərur və Culfada qeydə alınıb və 40°-dək isti olub.
Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin iyulun 17-dək davam edəcəyi gözlənilir
Sabah havanın temperaturu Bakıda 34-38, bölgələrdə 36-40 dərəcə isti olacaq
“Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə start verilir
Nigar Arpadarai: Bakı İqlim Fəaliyyəti Həftəsinə hazırlıqlar tam sürətlə davam edir
Bakı, Sumqayıt, Lənkəran və Xaçmazda ağac və kolların qanunsuz kəsilməsi faktları aşkarlanıb