×
A
A
A
Sazlamalar

Sosial sahədə e-xidmətlərə bu ilin 7 ayında 10 milyon 350 min müraciət qeydə alınıb

Bakı, 17 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə elektron xidmətlərə 10 milyon 350 min müraciət qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırda sosial sahədə 153 xidmətdən 140-dan və ya 90 faizdən çoxu e-qaydada təqdim edilir. Həmçinin digər qurumların informasiya bazaları ilə inteqrasiya prosesi təmin olunur.
Cari ilin 7 ayında nazirliyin mərkəzləşmiş informasiya sistemlərinə həmin qurumlardan daxil olan sorğu sayı 146 milyon olub.
Son illərin mühüm rəqəmsal sosial nailiyyətlərindən olan e-sosial internet portalından isə yanvar-iyul aylarında 4 milyon 537,4 min dəfə istifadə olunub.

Sosial 2023-08-17 10:22:00