Gələn ay Bakıda “PASHA Hackathon” keçiriləcək
Bakı, 17 avqust, AZƏRTAC
“Hackathon” innovativ məhsullar yaratmaq üçün keçirilən 48 saatlıq texnologiya yarışmasıdır. “PASHA Hackathon” tələbələri biznes və marketinq mütəxəssislərini, dizaynerləri və koderləri mövcud iş prosesindəki problemləri həll etməyə və “Umico Market” tərəfindən həyata keçirilən yeni ideyalar yaratmağa təşviq edir.
AZƏRTAC xəbər verir ki, bu il sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək “PASHA Hackathon 3.0” üçün müraciətlər qəbul edilir. “Hackathon”un sonunda ilk üç yeri tutan komandaya uyğun olaraq bu mükafatlar veriləcək: 1-ci yer 6000 manat; 2-ci yer 4000 manat; 3-cü yer 2000 manat.
Proqrama son müraciət tarixi sentyabrın 10-dur. Maraqlananlar buradan - https://www.pashahackathon.az/#about qeydiyyatdan keçə bilərlər.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb