Bakı metrosunda maşinistin idarəetmə pultunda işarəvermə sistemi işə düşüb, sərnişinlər vaqonlardan düşürülüb
Bakı, 16 avqust, AZƏRTAC
“Sahil” stansiyasında “İçərişəhər-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının bağlanmaması ilə bağlı maşinistin idarəetmə pultunda işarəvermə sistemi işə düşüb.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, vaqon qapısının bağlanması ilə bağlı problem olmadığı aşkarlansa da, sərnişin təhlükəsizliyi tələbinə, metropolitenin müvafiq qaydalarına uyğun olaraq, eləcə də qatarların hərəkət qrafikinin pozulmaması məqsədilə sərnişinlər düşürülüb, qatar sərnişinsiz yola salınıb. “28 May” stansiyasında qapıya təkrar baxış keçirilib, işarəvermə sistemi yoxlanılıb. Hər hansı bir texniki problemin olmadığına əminlik yarandıqdan sonra, qatar “Gənclik” stansiyasından başlayaraq sərnişinlərlə yoluna davam edib.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO