×
A
A
A
Sazlamalar

Salyanda qatarın qadını vurması ilə əlaqədar cinayət işi açılıb

Bakı, 16 avqust, AZƏRTAC

Salyan rayonunda qatarın qadını vurması ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 16-sı saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xətinin Salyan şəhəri ərazisindən keçən 45-ci kilometrliyində hərəkətdə olan qatarın 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı vurması nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

Hadisə 2023-08-16 19:28:00