“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 472 kiloqram batareya toplanılıb
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 16-da “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 67 kiloqram işlənmiş batareya toplanılaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.
AZƏRTAC xəbər verir ki, hazırda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, ali və orta ixtisas təhsil müəssisələrində, banklarda və otellərdə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir. Cari il ərzində indiyədək 472 kiloqram batareya toplanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu prosesə töhfə verən bütün tərəfdaşlara, vətəndaşlara təşəkkür edir, hər kəsi təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırır.
Qeyd edək ki, “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə 2022-ci il mayın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondu tərəfindən başlanılıb.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb