×
A
A
A
Sazlamalar

Mingəçevir və Şəmkir su anbarlarından 532 metr uzunluğunda 10 ədəd sintetik tor yığışdırılıb

Bakı, 16 avqust, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mingəçevir su anbarında və İmişli rayonu ərazisindəki daxili su hövzəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Yevlax rayon sakini Orxan İsgəndərov, İmişli rayon sakinləri Mamed Sədiyev, Qeyrət Hüseynov, Rinad Ağayev və Həsən Cəfərov olduğu məlum olub, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Mingəçevir və Şəmkir su anbarlarından 532 metr uzunluğunda 10 ədəd sintetik tor yığışdırılıb.
B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını kobud şəkildə pozduqlarına görə Sumqayıt şəhəri sakini Elman Əliyev, Quba şəhər sakinləri İkrəm Cəfərov və Manaf Ərəbov saxlanılıb, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya 2023-08-16 15:19:00