×
A
A
A
Sazlamalar

Azərbaycan ötən ay “OPEC+” kvotasından 185 min barel geri qalıb

Bakı, 16 avqust, AZƏRTAC

Bu ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 621 min barel olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bunun 499 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
Beləliklə, Azərbaycan iyul ayında “OPEC+” çərçivəsində gündəlik xam neft hasilatı üzrə kvotasından 185 min barel geridə qalıb.

Neft - qaz 2023-08-16 14:33:00