İxraca göndərilən neft məhsullarının həcmi artıb
Bakı, 15 avqust, AZƏRTAC
Yanvar-iyul aylarında ölkədən 586 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. İxrac olunan məhsulların dəyəri isə 340,7 milyon ABŞ dollarından çoxdur.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında Azərbaycandan 355,5 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 219,7 milyon dollar olub.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək