×
A
A
A
Sazlamalar

ETSN sahibkarlıq subyektlərinə “yoxlama” adı ilə gələn şəxslərlə bağlı açıqlama yayıb

Bakı, 15 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının adından istifadə etməklə naməlum şəxslər tərəfindən sahibkarlıq subyektlərinə yoxlama adı ilə gələrək, qanunsuz tələblər irəli sürülməsi barədə məlumat daxil olur.
Aparılan araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, həmin obyektlərdə ETSN-in hər hansı qurumu tərəfindən yoxlama aparılması halı qeydə alınmayıb və həmin müəssisələrdə nazirliyin əməkdaşları ümumiyyətlə olmayıb.
Bu barədə AZƏRTAC-a ETSN-in mətbuat xidmətindən məlumat verilib.
Bununla bağlı sahibkarlıq subyektlərinin rəhbərlərindən xahiş olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından hər hansı yoxlama və ya monitorinq məqsədilə gələn şəxslərdən iş vəsiqəsi və araşdırma üçün icazə sənədi tələb edilsin.
Şübhəli hallara rast gəlindikdə isə dərhal nazirliyin 168 Çağrı Mərkəzinə və ya hüquq-mühafizə orqanlarına məlumat verilməsi xahiş olunur.

Ekologiya 2023-08-15 11:40:00