×
A
A
A
Sazlamalar

Avqustun 7-dən 13-dək Azərbaycanda COVID-19 əleyhinə 83 doza vaksin vurulub

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 7-dən 13-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 83 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, həftə ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 26, ikinci doza vaksinlərin sayı 20, üç və daha çox doza vaksinlərin sayı 32, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 5-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 968 min 691, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 413 min 123, ikinci mərhələ üzrə 4 milyon 884 min 271, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 925, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 372-dir.

 

Səhiyyə 2023-08-14 17:18:00