×
A
A
A
Sazlamalar

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 8 yoluxma faktı qeydə alınıb

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 7-dən 13-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 8 yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, ötən həftə analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 832 min 44 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 738 nəfər müalicə olunaraq sağalıb, 10 min 295 nəfər vəfat edib. Aktiv xəstə sayı 11 nəfərdir.
Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 28, bu günə qədər isə ümumilikdə 7 milyon 665 min 921 test icra olunub.

Səhiyyə 2023-08-14 17:15:00