×
A
A
A
Sazlamalar

Sumqayıtda beşotaqlı həyət evi yanıb

Bakı, 13 avqust, AZƏRTAC

Sumqayıt şəhərində ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, birmərtəbəli 5 otaqlı evdə yanğın baş verib.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, evin zirzəmisində 50 kvadratmetr sahədə əşyalar, bir otağın yanar konstruksiyaları 20 kvadratmetr sahədə və ev əşyaları, digər otaqda bir ədəd mebel dəsti, bir ədəd pəncərə çərçivəsi yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən evin zirzəmisindən həcmi 30 və 50 litr olan iki ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2023-08-13 18:48:00