Şəkər əvəzediciləri piylənməyə səbəb olur
Bakı, 10 avqust, AZƏRTAC
ABŞ-da yerləşən Minnesota Universitetinin mütəxəssisləri müxtəlif qidaların insan sağlamlığına təsiri ilə bağlı uzunmüddətli araşdırma aparıblar.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, araşdırmanın nəticəsində qarın nahiyəsi və əzələ toxumasında yağ kütlələrinin yaranmasına səbəb olan şəkər əvəzedicilərinin mənfi təsiri aşkarlanıb.
Amerikalı alimlər qeyd ediblər ki, aparılan tədqiqat təxminən 20 il davam edib və nəticələr məyusedicidir. Əldə olunan məlumatlar şəkər əvəzedicilərinin müxtəlif orqan və toxumalarda yağ kütlələrinin yığılmasına səbəb olduğunu göstərib.
Keçmişdə bir çox diyetoloq adi şəkərlə müqayisədə alternativ olaraq əvəzləyici tövsiyə edirdilər. Lakin son araşdırmalar göstərir ki, bu, yanlışdır.
Tədqiqat müəllifləri digər qida əvəzedicilərinin insan orqanizminə təsiri ilə bağlı əlavə araşdırmalar aparmaq niyyətindədir.
Qeyd edək ki, tədqiqat “Internation Journal of Oesity” jurnalında dərc olunub.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar