TƏBİB: İyul ayında günvurma ilə bağlı 45 müraciət daxil olub
Bakı, 9 avqust, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına iyul ayı ərzində günvurma ilə bağlı ümumilikdə 45 nəfər müraciət edib. Onlardan 7-si isə uşaq olub.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, müraciət edən böyüklərdən 9-u qadın, 7-si kişi olmaqla 16 nəfər, uşaqlardan isə 4-ü hospitalizasiya edilib.
Son iki gün ərzində isə günvurma ilə bağlı 2 müraciət daxil olub. Onlardan biri qadın, digəri isə kişi olub. Qadın vətəndaşa yerində yardım göstərilib, kişi vətəndaş isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar