×
A
A
A
Sazlamalar

FHN: Şabranda dənizdə bir nəfər batıb

Bakı, 9 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şabran rayonu, Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.

 

Hadisə 2023-08-09 09:13:00