×
A
A
A
Sazlamalar

Nəsimidə velosiped, Yasamalda isə moped oğurlanıb

Bakı, 8 avqust, AZƏRTAC
İyulun 30-da Nəsimi rayonu ərazisindəki evlərdən birinin girişindən velosiped oğurlanması barədə 21-ci polis bölməsinə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elmin Qasımzadə müəyyən olunaraq saxlanılıb.
Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə iyulun 25-də A.M.Şərifzadə küçəsindən moped oğurlamaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.

Hadisə 2023-08-08 11:28:00