Qubada keçirilən aksiya zamanı tutumu 270 litr olan plastik tullantı təhvil verilib
Bakı, 8 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Megastore” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası Qubada keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya zamanı vətəndaşlar ümumi tutumu 270 litr olan plastik, 44 litr tutumu olan şüşə butulka və 51 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər. Uşaqlara isə əlavə olaraq kitablar hədiyyə olunub.
Hər kəsi bu cür aksiyalarda fəal iştirak edərək şəhərdə və bölgələrdə tullantıların təkrar emalına dəstək olmağa, eyni zamanda, plastik torbalar əvəzinə ekoçantalardan istifadəyə səsləyirik.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb