×
A
A
A
Sazlamalar

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 15 yoluxma faktı qeydə alınıb

Bakı, 7 avqust, AZƏRTAC

İyulun 31-dən avqustun 6-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 15 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, ötən həftə analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 832 min 36 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşdirilib, onlardan 821 min 731 nəfər müalicə olunaraq sağalıb, 10 min 293 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 nəfərdir.
Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 517, bu günə qədər isə ümumilikdə 7 milyon 663 min 893 test icra olunub.

Səhiyyə 2023-08-07 18:43:00