×
A
A
A
Sazlamalar

Tullantıların ətrafa atılması və qalaqlanması faktları müəyyən edilib

Bakı, 7 avqust, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Tərtər rayonunun Poladlı kəndində fəaliyyət göstərən “Bolmart” mağazasında və Sabirabad rayonunun Kovlar kəndində məişət tullantılarının, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində isə istifadə müddəti bitmiş un məmulatlarının ətrafa atılması və qalaqlanması faktları müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, faktlarla bağlı “Bolmart” mağazasının sahibi Tural Abbasov, Kovlar kənd sakini Zəka Kərimov və Ceyranbatan qəsəbə sakini Məmməd Məmmədov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

 

 

Ekologiya 2023-08-07 11:52:00