Kommersiya hüquqi şəxslərin 90,4 faizi MMC formasında yaradılıb
Bakı, 7 avqust, AZƏRTAC
Cari ilin avqustun 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32 min 934 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artım deməkdir.
2023-cü ilin iyul ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin iyul ayı ilə müqayisədə 34,3 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 0,7 faiz artıb.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb